Tramp: ABŞ və Çin sıçrayışla ticarət razılaşmalarına nail olublar

Tramp: ABŞ və Çin sıçrayışla ticarət razılaşmalarına nail olublar

ABŞ ilə Çin İsveçrədəki görüşlərdən sonra sıçrayışlı ticarət və iqtisadi razılaşmalar əldə ediblər, lakin təfərrüatlar hələ də aydınlaşdırılmayıb.

Bunu ABŞ Prezidenti Donald Tramp Ər-Riyadda keçirilən Səudiyyə Ərəbistanı-ABŞ investisiya forumunda deyib.

"Biz həftəsonu Çinlə sıçrayışlı razılaşma əldə etdik. Xırda detalları razılaşdırmalıyıq", - Tramp bildirib.

ABŞ liderinin sözlərinə görə, əldə olunan razılaşmalara uyğun olaraq, Çin öz bazarlarını ABŞ biznesi üçün tam açmağa razılaşıb.

"Hadisələrin inkişafı Pekindən asılıdır", - Tramp vurğulayıb.

"Cebheinfo.az"