Subay qadınlar daha sağlam qocalır? – ARAŞDIRMA

Subay qadınlar daha sağlam qocalır? – ARAŞDIRMA

Subay qadınlar evli, həyat yoldaşını itirmiş və ya boşanmış qadınlardan daha sağlam qocalır.

"Cebheinfo.az" xəbər verir ki, bu, Kanadanın Toronto Universitetində aparılan 3 illik araşdırma nəticəsində məlum olub.

Araşdırmada yaşı 60 və yuxarı olan 7600 Kanada vətəndaşının qocalma prosesləri araşdırılıb.

Təhlil nəticəsində evliliyin qadınlara təsirinin eyni olmadığı qənaətinə gəliblər və subay qadınların evli, həyat yoldaşını itirmiş və ya boşanmış qadınlara nisbətən daha sağlam yaşlandığını ortaya çıxarıblar.

Tədqiqatçılar ideal qocalmanı gündəlik fəaliyyətlərə mane olan ciddi fiziki, əqli və ya emosional vəziyyətlərdən qaçmaq kimi dəyərləndirir və yüksək xoşbəxtlik, fiziki və ruhi sağlamlıq səviyyəsinin qocalmaya müsbət təsir etdiyini qeyd edirlər.

Qeyd edək ki, bu araşdırma “International Social Work” jurnalında dərc olunub.

Naibə
"Cebheinfo.az"