Natiq Məmmədli: “Azərbaycan sülh modelini formalaşdıran...”

Natiq Məmmədli: “Azərbaycan sülh modelini formalaşdıran...”

"Prezident hər bir azərbaycanlı üçün böyük mənəvi əhəmiyyət daşıyan gündə, yəni Ulu Öndərin doğum günündə Zəngilanda sakinlərlə görüş keçirərək oradan bütün dünyaya bir daha sülh mesajları verdi.  Cənab Prezidentin çıxışının əsas xəttini sülh, birgəyaşayış və ləyaqətli həyat prinsipləri təşkil edirdi".

"Cebheinfo.az" xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda keçirilən dəyirmi masada deyib.

O qeyd edib ki, bizim qələbəmizdən artıq kifayət qədər zaman keçib:

“Bu tarixi nailiyyətin həm siyasi, həm də geosiyasi əhəmiyyəti daha aydın görünür. Lakin bu qələbənin həm də dərin mənəvi ölçüsü var. Bu da ondan ibarətdir ki, Azərbaycan sülh modelini formalaşdıran və bunu dünyaya təqdim edən bir dövlət kimi çıxış edir. 

Prezidentin qeyd etdiyi kimi, Azərbaycan regionda sülhün müəllifidir və bu ifadə böyük məsuliyyət daşıyır.

Azərbaycan öz gücünə sülhü təmin edib və bu reallıq artıq təkcə region üçün deyil, beynəlxalq miqyasda da nümunə kimi dəyərləndirilir. Dünyada bir çox siyasi liderlər sülhdən danışsalar da, bu çağırışlar hər zaman geniş ictimai və media diqqəti qazanmır.

Lakin Prezidentin Zəngilanda etdiyi çıxış həm yerli, həm də beynəlxalq mediada diqqət çəkərək geniş müzakirə mövzusuna çevrildi".

Gülər

"Cebheinfo.az"