Rusiya Ukraynanın 21 PUA-sını vurdu

Rusiya Ukraynanın 21 PUA-sını vurdu

Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri gecə saatlarında Rusiya bölgələri üzərində Ukraynanın 21 pilotsuz təyyarəsini məhv edib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi öz “Telegram” kanalında məlumat yayıb.

Bildirilib ki, növbətçi hava hücumundan müdafiə sistemləri Rostov vilayətində səkkiz, Kursk vilayətində beş, Volqoqrad vilayətində üç, Bryansk vilayətində iki pilotsuz uçan aparatı ələ keçirib.

Bir pilotsuz təyyarə də Belqorod və Voronej vilayətlərində və Qara dəniz üzərində vurulub.

“Cebheinfo.az”