Abidənin üzərinə qoyulan gülləri tapdaladılar

Odessada yeniyetmələr naməlum dənizçinin abidəsi önünə şəhər sakinlərinin qoyduğu güllərin hamısını yığıb aparıblar.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazır.
Sosial şəbəkələrdə də gənclərin daha sonra gülləri tapdaladıqları bildirilir.
KİV-in məlumatına görə, 9 May Qələbə Günündə naməlum dənizçinin abidəsi önünə gül dəstələri qoymaq istəyənlər bunu yalnız pasportlarını təqdim etdikdən sonra edə biliblər.
Prezident Volodimir Zelenskinin 9 may tarixini Avropa Günü elan edib. Odessalılar İkinci dünya müharibəsində həlak olan hərbçilərin xatirəsini ehtiramla yad etmək qərarına gəliblər və günorta saat üçə qədər abidəyə gül aparıblar. Sonra isə həmin gülləri yeniyetmə və gənclər abidənin üzərindən götürüblər.
Xəzər
“Cebheinfo.az”