Çin və ABŞ Cenevrədə iki raund danışıqlar keçirib

Çin və ABŞ Cenevrədə iki raund danışıqlar keçirib

Çin Dövlət Şurasının Baş nazir müavini He Lifen və ABŞ-nin maliyyə naziri Skott Bessent qarşılıqlı gömrük rüsumlarının tətbiqi fonunda gərginliyin tənzimlənməsi üzrə Cenevrədə iki raund danışıqlar keçiriblər.

Bu barədə DPA agentliyi məlumat yayıb.

Agentliyə görə, danışıqlar bazar günü davam edəcək.

Tərəflər dialoqun məzmunu barədə məlumat verməyiblər. Bessent danışıqların başlanmasından əvvəl verdiyi müsahibədə bildirib ki, Cenevrədə sazişin imzalanmasını gözləmək lazım deyil. Nazirin sözlərinə görə, söhbət daha çox müzakirə edilməli olan məsələlər üzrə anlaşmaya nail olmaqdan gedəcək, çünki mövqelərin yaxınlaşması hər iki tərəfin maraqlarına cavab verir.

Agentlik qeyd edib ki, Çin tərəfinin fikrincə, danışıqlar bərabər şərtlərlə aparılmalıdır, üstəlik Vaşinqton öz səhvlərini düzəltməlidir.

Daha əvvəl ABŞ-nin ticarət naziri Hovard Latnik Çin mallarının və xidmətlərinin idxalına tətbiq edilən rüsumların ləğv edilməsi imkanını istisna edib. Çin Ticarət Nazirliyinin rəsmi nümayəndəsi He Yadun deyib ki, ÇXR prinsipial məsələlərdə güzəştə getməyəcək və ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə sövdələşmə naminə ədalətdən imtina etməyəcək.

"Cebheinfo.az"