Dəhşətli qəza: 21 nəfər öldü

Dəhşətli qəza: 21 nəfər öldü

Meksikanın Oaxaca və Puebla ştatlarını birləşdirən magistral yolda beton qarışdıran maşın, avtobus və mikroavtobusun toqquşması nəticəsində 21 nəfər ölüb.

"Cebheinfo.az" xəbər verir ki, qəza Puebla ştatının Kuaknopalan-Oaxaca avtomobil yolunda baş verib.

Yerli KİV bildirir ki, betonqarışdıran başqa avtomobili keçmək istəyərkən qarşı zolağa keçib, avtobusu, daha sonra mikroavtobusa çırpılıb, xəndəyə yuvarlanıb və yanğın başlayıb. Bölgəyə çoxlu sayda təcili yardım və xilasetmə qrupları göndərilib. Puebla ştatının daxili işlər naziri Samuel Aqilar sosial mediada ən azı 21 nəfərin həyatını itirdiyini, yaralıların xəstəxanalara aparıldığını açıqlayıb.

Nigar Hacılı 
"Cebheinfo.az"