İmamoğlunun aylıq qazancı BƏLLİ OLDU

İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun aylıq qazancı məlum olub.
"Cebheinfo.az" xəbər verir ki, siyasətçi bu barədə ifadəsi alınarkən məlumat verib. O, aylıq gəlirinin 250 min lirə (təxminən 11 min 195 manat) olduğunu deyib.
Qeyd edək ki, Əkrəm İmamoğlu 4 gün öncə saxlanılıb. Ötən gün isə onun ifadəsi alınıb. 3 saat 40 dəqiqə davam edən sorğuda İmamoğlu 121 səhifəlik ifadə verib. O, haqqındakı bütün ittihamları rədd edib.
Elmir Mustafa
"Cebheinfo.az"