Hava Limanı yolunda sürət həddi endirildi

Hava Limanı yolunda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, Mərkəzin əməkdaşları tərəfindən bütün məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

"Cebheinfo.az"