"İnter" iki futbolçu ilə vidalaşır

"İnter" iki futbolçu ilə vidalaşır

İtaliyanın "İnter" klubu yay transfer dönəmində futbolçuları Marko Arnautoviç və Xoakin Korrea ilə yollarını ayırmağı planlaşdırır.

Bu barədə məşhur insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, Milan təmsilçisi oyunçuların yayda başa çatacaq müqavilələrinin müddətini uzatmaq istəmir.

Qeyd edək ki, 36 yaşlı Arnautoviç cari mövsüm "İnter"də 26 oyuna çıxıb, 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. 30 yaşlı Korrea isə 19 matçda 1 qol və 4 assistlə yadda qalıb.

"Cebheinfo.az"