İranlı nazirə canlı yayımda “donuz” dedilər: Ölkələr qarışdı - FOTO

İranlı nazirə canlı yayımda “donuz” dedilər: Ölkələr qarışdı - FOTO

Hindistanın milli müdafiə nazirinin keçmiş müşaviri və hərbi ekspert Qarav Arya İran xarici işlər naziri Abbas Araqçını təhqir edib. Bu, iki ölkə arasında böyük siyasi qalmaqal yaradıb.

“Cebheinfo.az” xəbər verir ki, Qarav Arya iranlı nazirin Hindistana səfərini canlı televiziya proqramında şərh edib:

“Araqçı Pakistanda olub və Şahbaz Şərif də daxil olmaqla, ölkənin yüksək rəhbərliyi ilə görüşüb. Daha sonra Hindistana gəlib. Əgər bu donuz oğlu donuz səmimi idisə, Pahalgamda baş vermiş terror hadisəsindən dərhal sonra Hindistana gəlməli idi. İran rəsmilərinin hamısı qeyri-səmimidir və daha çox öz maraqlarına xidmət edirlər”.

Proqram zamanı Qarav Arya  ekranda Araqçı ilə bağlı xəbərin footsuna da donuz yazıb. Bu isə rəsmi Tehran tərəfindən narazılıqla qarşılanıb.

Hadisə ilə bağlı Tehrandakı Hindistan səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb. Hindistan səfirliyi isə bildirib ki, Qarav Arya azad vətəndaşdır və səsləndirdiyi fikirlər Hindistan hökumətinin rəsmi mövqeyini əks etdirmir.

Xatırladaq ki, donuz islamda haram sayılır. 

Xəzər
“Cebheinfo.az”