Tanışlıq saytı siyasətçini istefaya göndərdi

İsveçin milli təhlükəsizlik müşaviri Tobias Tiberq tanışlıq saytından fotolara görə bu vəzifəyə təyin edildikdən dərhal sonra istefa verib.
“Cebheinfo.az” bu barədə “Reuters”-ə istinadən xəbər verir.
Məlumata görə, məmurun keçmiş yoxlaması tələb etəs də, avropalı siyasətçi bir neçə il əvvəl dərc olunan fotolar barədə məlumat verməyib. Sonuncu onu şantaj üçün həssas vəziyyətə gətirə biləcək hər hansı məlumatı açıqlamalıdır.
"Tobias Tiberqin təyin edilməsi ilə bağlı hökumətin bugünkü qərarından sonra onun haqqında hökumət kansleriliyinə məlum olmayan tamamilə yeni şəxsi məlumatlar əldə edildi",- deyə İsveçindövlət katibi Yohan Stuart bildirib.
Tiberq etiraf edib ki, o, fotolar barədə daha əvvəl xəbərdarlıq etməli idi. Bundan sonra o, istefasını elan edib.
Xəzər
“Cebheinfo.az”