Xaçmazda yeniyetmə anasını öldürməkdə şübhəli bilinir

Xaçmazda yeniyetmə anasını öldürməkdə şübhəli bilinir

Xaçmaz rayonunda qətl hadisəsi baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, Xaçmaz rayonunun Qadaşoba kəndində qətl hadisəsi baş verib.

Belə ki, 1982-ci il təvəllüdlü Lətifova Kifayət Nadir qızı çoxsaylı bıçaq zərbələri alaraq qətlə yetirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Məlumata görə, qətli törətməkdə onun oğlu şübhəli bilinir.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"