Azərbaycan karateçiləri dünya çempionatında dörd medal qazanıblar

Azərbaycan karateçiləri Almaniyanın Leyptsiq şəhərində IFK kyokuşin üzrə 7-ci Dünya Çempionatında dörd medal qazanıblar.
Bu barədə "Report"a Azərbaycan Karate Federasiyasının Mətbuat xidmətindən məlumat verilib.
Səlahət Həsənov qızıl, Elmir Cəbrayılov gümüş, Solmaz Zeynallı və Kamil Məmmədov bürünc medala sahib çıxıblar.
"Cebheinfo.az"