"Qarabağ"ın keçmiş futbolçusu 41 yaşında öldü

"Qarabağ"ın keçmiş futbolçusu 41 yaşında öldü

"Qarabağ" klubunun sabiq hücumçusu Caba Dvali 41 yaşında ürəktutmasından vəfat edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Gürcüstan mətbuatında məlumat verilib.

Dvali 2014-cü ildə qısa müddət Azərbaycan təmsilçisinin şərəfini qoruyub. O, "Qarabağ"ın heyətində beş görüşdə meydana çıxıb.

Futbolçu karyerası ərzində Gürcüstanın "Dinamo Tbilisi", "Zestafoni", "Syoni" kimi klublarında çıxış edib. O, bir müddət Moldovanın "Daçiya" klubunda legioner həyatı da yaşayıb.

Dvali ölkəsinin millisində bir oyun keçirib və iki dəfə Gürcüstan çempionatının ən yaxşı bombardiri olub.

"Cebheinfo.az"