Mask "Amerika" partiyasının qeydiyyatı üçün rəsmi müraciət edib

Mask "Amerika" partiyasının qeydiyyatı üçün rəsmi müraciət edib

İlon Mask "Amerika" siyasi partiyasının qeydiyyatı ilə bağlı ABŞ Federal Seçki Komissiyasına (FEC) müraciət edib.

"Report"un xəbərinə görə, müvafiq sənəd qurumun portalında yerləşdirilib.

Bəyanata əsasən, partiya "Amerika" (America Party, AMEP) adlandırılacaq.

Müraciət 6 iyul tarixində göndərilib. Hazırda o, FEC-in müraciət və ərizələr reyestrində "emal edilməmiş" kimi qeyd olunur.

“Cebheinfo.az”