ABŞ maraqlarının təmsilçisi İran XİN-ə çağırılıb

İsveçrənin Tehrandakı səfiri, eləcə də İranda ABŞ-nin maraqlarını təmsil edən Nadin Lozano İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə "Cebheinfo.az"a İRNA-ya istinadən xəbər verir.
Diplomata ABŞ rəsmilərinin İsrailin İrana hücumları ilə bağlı səsləndirdikləri bəyanatlarla əlaqədar etiraz bildirilib.
XİN-də bildiriblər ki, ABŞ hökuməti İsrailin avantürizminin nəticələrinə görə məsuliyyət daşıyır.
"Cebheinfo.az"