Azərbaycanlı şairin şeiri məşhur türk serialında – VİDEO

“TRT1”-in yüksək reytinqli seriallarından olan “Mehmed: Fetihler Sultanı”nın mövsüm finalında diqqətçəkən səhnə yayımlanıb.
“Cebheinfo.az” xəbər verir ki, ekran işində azərbaycanlı şair Rüstəm Behrudinin “Salam, dar ağacı” şeirindən istifadə olunub. Layihədə “Çandarlı Halil Paşa”nın edam səhnəsində sözügedən şeir səsləndirilib.
Qeyd edək ki, “Mehmed: Fetihler Sultanı” Türkiyənin ən reytinqli seriallarından biridir. Ekran işi hər həftənin ən çox izlənilənləri arasında olur. Həmçinin, sözügedən serial dünyada geniş izləyici kütləsinə sahibdir.
İddialı serialda Serkan Çayoğlu, Selim Bayraktar, Barış Yağcı, Tuba Ünsal, Sinan Albayrak, Sena Çakır, Kenan Çoban, Erdal Küçükkömürcü, Osman Soykut və Gürkan Uygun kimi məşhurlar çəkilir.
Elmir
“Cebheinfo.az”