İranda Hark adasında güclü partlayış
İyunun 6-da İranın Hark adası ərazisində partlayış baş verib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, partlayışın dəqiq yeri və başvermə səbəbi hələlik məlum deyil. İlkin ehtimallara əsasən, hadisə adanın kənar hissəsində baş verib.
Hadisə ilə bağlı əlavə məlumat açıqlanmayıb.
"Cebheinfo.az"

