Dünya çempionatı öncəsi Argentina üçün pis xəbər

Dünya çempionatı öncəsi Argentina üçün pis xəbər

Leonardo Balerdi zədə səbəbindən qarşıdakı dünya çempionatında iştirak edə bilməyəcək.

Oxu.Az xəbər verir ki, bu barədə Argentina milli futbol komandasının mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, 27 yaşlı müdafiəçi sağ ayağının baldır əzələsindən zədə alıb.

İndi Argentina millisinin baş məşqçisi Lionel Skaloni FIFA-ya təqdim olunmuş ilkin siyahıdan hansı futbolçunun Balerdini əsas heyətdə əvəz edəcəyinə qərar verməlidir.

Mərkəz müdafiəçiləri arasında namizədlər kimi Markos Senesi ("Bornmut"), Lukas Martines, Xerman Petselya (hər ikisi "River Pleyt") və Lautaro Di Lollo ("Boka Xuniors") göstərilir.

Balerdi Argentina millisinin heyətində 11 oyun keçirib.

2026 FIFA dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada təşkil olunacaq.

Argentina millisi J qrupunda Əlcəzair, Avstriya və İordaniya milli komandaları ilə mübarizə aparacaq.

"Cebheinfo.az"