İsrail bütün səfriliklərini bağladı

İrana qarşı hərbi əməliyyatla əlaqədar İsrailin dünya üzrə bütün səfirlikləri fəaliyyətini dayandırır.
“Cebheinfo.az”-ın məlumatına görə, “Haaretz” qəzeti İsrailin Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən belə yazıb.
Həmin məlumata görə, İsrail diplomatik nümayəndəlikləri konsulluq xidmətlərinin göstərilməsini dayandırır.
Bundan başqa, bütün dünya üzrə səfirliklərin rəsmi saytlarında yerləşdirilən məlumatlarda İsrail xaricdəki vətəndaşlarını ayıq olmağa və ictimai yerlərdə yəhudi, yaxud İsrail simvollarını nümayiş etdirməməyə çağırır.
Səfirliklərin nə qədər bağlı qalacağı hələlik məlum deyil. Yaxın Şərq KİV-ləri dünyanın bir sıra ölkələrində İsrail nümayəndəliklərində və yəhudilərin dini obyektlərində təhlükəsizlik tədbirlərinin gücləndirildiyini xəbər verir.
Müşfiq Abdulla
“Cebheinfo.az”