Ora dünyanın ən yaşanacaq ŞƏHƏRİDİR

Ora dünyanın ən yaşanacaq ŞƏHƏRİDİR

Kopenhagen  “Economist Intelligence Unit” (EIU) tərəfindən hazırlanan  dünyanın ən yaşana bilən şəhərlərinin illik reytinqinə başçılıq edir. 

“Cebheinfo.az” xəbər verir ki, Skandinaviya şəhəri son üç ildə birinci yerdə olan Vyananı sıxışdırıb.

Siyahını tərtib edərkən EIU sağlamlıq, ekologiya, təhlükəsizlik və infrastruktur kimi göstəriciləri nəzərə alır. 2025-ci ildə reytinqdə 173 şəhər qiymətləndirilmişdi, lakin yalnız Kopenhagen sabitlik, təhsil və infrastruktura görə mükəmməl bal toplayıb ki, bu da ona birinci yeri tutmağa imkan verib.

İkinci yeri Vyana və Sürix (İsveçrə) bölüşdürüb. Onların ardınca müvafiq olaraq 4-cü, 5-ci və 6-cı yerləri tutan Melburn (Avstraliya), Cenevrə (İsveçrə) və Sidney (Avstraliya) gəlir. Yeddinci yeri Osaka (Yaponiya) və Oklend (Yeni Zelandiya) bölüşdürüb. İlk 10-luğu Adelaida (Avstraliya) və Vankuver (Kanada) tamamlayır. Amerika şəhərləri arasında Honolulu (Havay) 23-cü yerdə qərarlaşıb.

CNN xəbər verir ki, Vyananın ikinci sıraya düşməsi terror hadisələri, o cümlədən keçən il Teylor Sviftin konsertində təhlükə səbəbindən ləğv edilən bomba təhlükəsi də daxil olmaqla, sabitlik reytinqinin pisləşməsi ilə bağlıdır.

Böyük Britaniya da mövqelərini itirib, Mançester, London və Edinburq stabillik xalının pisləşməsinə görə reytinqdə geriləyib. CNN xəbər verir ki, buna səbəb İngiltərənin şimalında bıçaqlanma hadisəsindən sonra baş verən yanlış məlumat dalğası və immiqrantlara qarşı etirazlar olub.

Kanadada da azalma müşahidə edildi, Kalqari sağlamlıq göstəricilərinin pisləşməsi səbəbindən 5-ci yerdən 18-ci yerə düşüb. Toronto 16-cı yeri tutub (keçən il 12-ci olub), Vankuver isə 7-ci yerdən düşməsinə baxmayaraq, ilk 10-luqdakı yerini qoruyub.

Bəzi şəhərlər reytinqdə yüksəlib. Məsələn, Səudiyyə Ərəbistanının Əl-Xobar şəhəri 148-ci yerdən 135-ci yerə yüksəlib. İndoneziyanın Cakarta şəhəri isə sabitliyin artması sayəsində mövqeyini 142-ci yerdən 132-ci yerə yüksəldib.

Xəzər
“Cebheinfo.az”