“Tesla” robotlarının istehsalı gecikir

“Tesla” korporasiyası müxtəlif problemlər səbəbindən planlaşdırılan sayda “Optimus” robotları istehsal edə bilməyəcək.
AZƏRTAC xəbər verir ki, AI Invest portalı bu barədə korporasiyadakı mənbələrinə istinadla məlumat yayıb. Onun sözlərinə görə, robot texnikası ilə məşğul olan bölmə hazırda tənəzzül keçirir. Bu, əsasən, proqramın rəhbəri, 2016-cı ildən İlon Maskla işləyən Milan Kovaçın istefası ilə bağlıdır.
Həmçinin istehsalçı texniki problemlərlə üzləşib. Məlum olub ki, humanoidlərin bəzi hissələri həddindən artıq qızır və onlar ağır yükləri daşıya bilmirlər.
Hazırda “Optimus” robotlarının sınaq partiyası “Tesla” fabriklərində kiçik tapşırıqları yerinə yetirir, lakin onların səmərəliliyi insan əməyinin yarısından azdır.
“Tesla” sifarişlərin azı iki ay dayandırılacağı barədə xəbərdarlıq edib. Ekspertlərin fikrincə, üzə çıxan problemlər 2025-ci ildə 5-10 min insanabənzər robot istehsalını vəd edən İlon Maskın iddialı məqsədini çətinləşdirəcək.
Qeyd edək ki, iyun ayının sonunda “Neuralink” xəstələrinin “Tesla Optimus” robotlarına qoşulacağını açıqlamışdı. Şirkətin iddiasına görə, pasiyentlər çiplər vasitəsilə olanları düşüncələri ilə idarə edə biləcəklər.
"Cebheinfo.az"