"Reo-Med Tibb Mərkəzi"də yoxlama: Pozuntular aşkarlandı

"Reo-Med Tibb Mərkəzi"də yoxlama: Pozuntular aşkarlandı

"Reo-Med Tibb Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinə operativ vergi yoxlaması həyata keçirilib.

"Cebheinfo.az" Qaynarinfo-ya istinadən xəbər verir ki, yoxlama zamanı POS-terminallar quraşdırılmış klinikada nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilib. Həmçinin əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiəsi halı müəyyən olunub.

Hər iki hala görə "Reo-Med Tibb Mərkəzi" MMC barəsində 2000 manat maliyyə sanksiyası tətbiq edilib.

Qeyd edək ki, qanuni təmsilçisi Rauf Rüstəmov Camal oğlu olan "Reo-Med Tibb Mərkəzi"nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 33.332,02 AZN vergi borcu var.

"Cebheinfo.az"