AMİP rəhbərliyi Brüsseldə: "BDİ-2005"-in qurultayı keçirilir

AMİP rəhbərliyi Brüsseldə: "BDİ-2005"-in qurultayı keçirilir

Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə, sədrin beynəlxalq məsələlər üzrə müavini Elşən Mustafayev və AMİP Qadınlar Təşkilatının sədr müavini İlhamə Əliyeva Beynəlxalq Demokrat İttifaqının “BDİ-2005” Forumunda iştirak etmək üçün Brüsseldə səfərdədirlər.  

"Cebheinfo.az" xəbər verir ki, Forumda dünyanın sağ mərkəz partiyalarının rəhbərləri, keçmiş və hazırkı hökumət və dövlət başçıları, Avropa parlamentinin rəhbərliyi və deputatları, Avropa İttifaqı komissarları, eləcə də media rəhbərləri və siyasətçilər iştirak edirlər. Foruma həmçinin ABŞ Respublikaçılar partiyasının rəhbərliyi, senatorlar və konqresmenlər də qatılıb.

Forumun əsas müzakirə mövzuları dünyada mövcud olan iqtisadi problemlər, Rusiya-Ukrayna müharibəsi, Avropanın təhlükəsizliyi və digər məsələlərdən ibarətdir. 

Qeyd edək ki, bu gün-16-mayda Beynəlxalq Demokrat İttifaqının hər üç ildən bir keçirilən növbəti qurultayı keçirilir.

Qurultayda BDİ-nin sədrliyinə və digər rəhbər orqanlara seçkilər keçiriləcək.

"Cebheinfo.az"