Səhiyyə naziri: "Ölən qız mətbəxdə əməliyyat olunub"

Səhiyyə naziri: "Ölən qız mətbəxdə əməliyyat olunub"

"Sara Qəhrəmanovanın qızının əməliyyatdan sonra ölməsi barədə araşdırma apardıq. Ölən qız mətbəxdə əməliyyat olunub".

Bunu səhiyyə naziri Teymur Musayev Milli Məclisin mayın 16-da keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, əməliyyat edən şəxsin tibb ixtisası sənədi yoxdur.

Qeyd edək ki, Milli Məclisin deputatı Səyyad Aran övladı plastik əməliyyat zamanı ölən valideynin şikayətindən danışıb:

"Dünən bir valideyn gəlmişdi və övladı plastik əməliyyat zamanı ölüb. Valideynlər deyirlər ki, həmin həkim fərqli soyadla fəaliyyət göstərir. Nazirlik siyahı dərc etdi, amma hamı bilməlidir ki, həmin şəxslər kimdir. Yaxından tanımalıdır. Ölən şəxs komaya düşəndən sonra həkim aparıb evinə, görüb ki, sağalda bilmir. Valideynlər etiraz edirlər. Səhiyyə nazirinə müraciət edirəm, plastik cərrahiyə əməliyyatına dair xüsusi mərkəz yaradılsın. Vətəndaş da bilsin ki, hara gedir. 9-cu sinifi bitirmiş şəxsə plastik cərrahiyyə ilə məşğul olmağa kim imkan verib?".

Xatırladaq ki, barəsində şikayət olunan həkim Ülviyyə İlyasovadır. O, hazırda Qurbanova soyadını daşıyır.

"Cebheinfo.az"