8-ci sinif şagirdini yük maşını vurub ÖLDÜRDÜ

8-ci sinif şagirdini yük maşını vurub ÖLDÜRDÜ

Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Cebheinfo.az" xəbər verir ki, hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb.

Məlumata görə, yolu keçmək istəyən 8-ci sinif şagirdini yük avtomobili vurub. Piyada hadisə yerində ölüb. 

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"