Bu ilin dörd ayında 68 milyon manat dəyərində narkotik dövriyyədən çıxarılıb

Bu ilin dörd ayında 68 milyon manat dəyərində narkotik dövriyyədən çıxarılıb

Hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 2992 cinayət faktı aşkarlanıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə məlumat Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yanvar-aprel dövrünü əhatə edən hesabatında qeyd olunub.

Bildirilib ki, həmin faktlardan 894-ü narkotik vasitələrin qanunsuz satışı, 2074-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 22-si narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-i bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub:

"Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 2 ton 593 kq 000, 402 qram narkotik vasitələrin və psixotrop maddələrin 2 ton 271 kq 278,043 qramını marixuana, 140 kq 727,95 qramını heroin, 60 kq 688,812 qramını tiryək, 30 kq 822,838 qramını həşiş, 21 kq 378,121 qramını digər narkotik vasitələr və 68 kq 104,632 qramını psixotrop maddələr təşkil etmişdir. Həmçinin, göstərilən dövr ərzində 4263 ədəd metadon, 2578 ədəd çətənə bitkisi qanunsuz dövriyyədən götürülüb.

Qanunsuz dövriyyədən çıxarılmış 2 ton 593 kq 000, 402 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 68 milyon 673 min AZN kimi qiymətləndirilir", - hesabatda bildirilir.

"Cebheinfo.az"