Şəmkirdə iki nəfər su kanalında batıb

Şəmkirdə iki nəfər su kanalında batıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Seyfəli kəndindəki su kanalında baş verib.
İlkin məlumata görə, batan şəxslərdən biri qadın, digəri kişidir.
Hadisə yerinə xilasedicilər cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"