Nə “Real”a getdi, nə “Barsa”ya - 10 illik müqavilə imzaladı

Nə “Real”a getdi, nə “Barsa”ya - 10 illik müqavilə imzaladı

“Barselona”nın transfer etmək istədiyi Niko Uilyams “Atletik”də qalacaq.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspaniya millisinin üzvü ilə 2035-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Niko Uilyams “Atletik”in yetirməsidir. 22 yaşlı vinger ötən mövsüm Bilbao təmsilçisinin heyətində keçirdiyi 45 oyunda 11 qol vurub, 7 qol ötürməsi edib.

"Cebheinfo.az"