Trampdan Paşinyanla bağlı Putinin xoşlanmayacağı MÖVQE
ABŞ Prezidenti Donald Tramp qarşıdan gələn parlament seçkilərində Ermənistanın Baş naziri Nikol Paşinyanı dəstəklədiyini açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, Amerika lideri "Truth Social" sosial şəbəkəsində yazıb.
"Ermənistanın Baş naziri Nikol Paşinyan- böyük dost və lider, ölkəsini güclü, çiçəklənən və çox təhlükəsiz edir! Nikol mənim Ermənistan və bütün Cənubi Qafqaz regionu üçün SÜLH VƏ TƏRƏQQİ vizyonumu tam bölüşür.
Dövlət katibimiz Marko Rubio bu yaxınlarda Ermənistana səfər etdi və orada hər iki ölkə üçün bir neçə vacib razılaşma imzaladı. Tezliklə ABŞ və Ermənistan birlikdə Cənubi Qafqazı dəyişdirəcək və gözəl Amerika enerji şirkətlərimizin Orta Asiyadan ABŞ-a qədər çıxış əldə etməsinə kömək edəcək Beynəlxalq Sülh və tərəqqiüçün Tramp Yol Xəritəsini qurmağa başlayacaqlar.
Bu səbəblərə görə Nikol 7 iyun 2026-cı ildə yenidən seçilmək üçün TAM VƏ ŞƏRTSİZ dəstəyimə malikdir. Nikolun köməyi ilə biz ABŞ-ni, Ermənistanı, Cənubi Qafqazı və Mərkəzi Asiyanı görünməmiş yüksəkliklərə qaldıracağıq",- Amerika lideri Truth Social sosial şəbəkəsində yazıb.
O, "Gəlin Ermənistanı yenidən böyük edək",-deyə bildirib.
Xəzər
"Cebhenfo.az"

