Odessada partlayış baş verib

Odessada partlayış baş verib

Ukraynanın Odessa şəhərində partlayış törədilib.

Partlayıcı quraşdırılmış avtomobil şəhərin mərkəzində partladılıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "24 Channel"-dəki mənbə bildirib.

Məlumata görə, partlayan avtomobil hərbçiyə məxsus olub. Partlayış onun sükan arxasına keçdiyi anda baş verib, hərbçi yaralanıb.

Ukraynada müntəzəm olaraq hərbi avtomobillərin yandırılması, eləcə də mülki şəxslərin hərbi qeydiyyat idarələrinə və polis bölmələrinə qarşı terror aktları törətmək cəhdləri barədə xəbərlər yayılır.

Bu kimi hallar insanların məcburi səfərbərliyə qarşı etirazlarının bir forması kimi qiymətləndirilir.

Nigar Hacılı 
"Cebheinfo.az"