Məşhur “Klon” serialındakı “Hadi”: “Azərbaycan, mən səni sevirəm” - VİDEO

Dünyaca məşhur “Klon” serialındakı Hadi obrazı ilə tanınan braziliyalı aktrisa Covanna Antonelli Azərbaycana sevgisini etiraf edib.
"Cebheinfo.az" Bakupost.az-a istinadən xəbər verir ki, Covanna Antonelli hazırda Kapadokiyada istirahət edir. Azərbaycanlı bloqqer Arifə Məmmədova onunla birlikdə TikTok videosu çəkib. Aktrisanın özü videonu Stories-də repost edib, bloqerə təşəkkür edib və əlavə edib: “Azərbaycan, mən səni sevirəm” (I love Azerbaijan).
Qeyd edək ki, “Klon” serialı Azərbaycanda çox populyar olub.
"Cebheinfo.az"