"Apple" Rusiyanın sosial media tətbiqlərini SİLDİ
"Apple" Rusiyanın populyar sosial media tətbiqlərindən bəzilərini "App Store"-dan çıxarıb.
"Cebheinfo.az" xəbər verir ki, ABŞ mərkəzli texnologiya şirkəti "Apple" Rusiyanın ən populyar sosial media platformalarından olan "VK" və şirkətə məxsus bəzi tətbiqləri "App Store"-dan silib.
VK tərəfindən məsələ ilə bağlı yayılan yazılı açıqlamada bildirilib ki, Apple əvvəlcədən xəbərdarlıq etmədən şirkətə aid bəzi tətbiqləri birtərəfli qaydada "App Store"-dan çıxarıb.
Açıqlamada qeyd olunub ki, "VK", "Zen", "VK Video", "VK Messenger", "VK Music", "VK Dating" və "Odnoklassniki" tətbiqləri artıq "Apple" cihazlarına yüklənə və yenilənə bilmir.
"VK"-nın heç bir sanksiya siyahısında yer almadığı vurğulanan açıqlamada "Apple"-ın bu qərarla rusiyalı istifadəçilərinin geniş istifadə etdiyi xidmətlərə çıxışı məhdudlaşdırdığı bildirilib.
Tətbiqlərin yenilənə bilməməsi səbəbindən istifadəçilərin mesajlar və mühüm yeniliklərlə bağlı ani bildirişləri ala bilməyəcəyi qeyd olunub "“Apple"-ın rus istifadəçilərə qarşı bu addımlarını əsassız və qəbuledilməz hesab edirik".
"Apple" daha əvvəl də Rusiya şirkətlərinə məxsus çoxsaylı tətbiqləri "App Store"-dan çıxarmışdı. Rusiya isə öz növbəsində ölkədə "Facebook", "Instagram", "YouTube" və "X" kimi platformalara giriş məhdudiyyəti tətbiq etmişdi.
Nigar Hacılı
"Cebheinfo.az"


