“Bütün cavablar Moskvadadır” - Zelenski

“Hərbçilərimizi tərifləmək istəyirəm. Amma bu çox vacibdir. Baş Komandan Sırski bu gün cəbhədəki vəziyyətlə bağlı - bütün istiqamətlər üzrə məruzə edib”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski teleqramda yayımladığı videomüraciətdə deyib:
“Hər gün yüzdən çox döyüş olur. Ən şiddətli döyüşlər Donetsk vilayətinin Pokrovsk sektorunda gedir. Biz Kursk və Belqorod vilayətlərində aktiv əməliyyatlarımızı davam etdiririk - Ukraynanın sərhədyanı ərazilərini fəal şəkildə müdafiə edirik.
Bu müharibə ilə bağlı bütün sualların cavabı - niyə başladı və niyə davam edir - bütün bu cavablar Moskvadadır. Müharibənin necə bitəcəyi dünyadan asılıdır. Ukrayna istənilən formatda danışıqlara hazırdır və biz bu görüşlərdən qorxmuruq. Sabah – Türkiyədə”.
"Cebheinfo.az"