ABŞ “G20” sammitində iştirakdan imtina edib

ABŞ “G20” sammitində iştirakdan imtina edib

ABŞ noyabrda Cənubi Afrika Respublikasında keçiriləcək “G20” sammitinə hazırlığı dayandırıb.

Bu barədə “The Washington Post” ABŞ prezidenti Donald Trampın administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

“Ağ Evin Milli Təhlükəsizlik Şurası ABŞ agentliklərinə və departamentlərinə bu il Cənubi Afrikanın ev sahibliyi etməsi planlaşdırılan “G20” konfransı ilə bağlı işləri dayandırmaq əmri verib", - məlumatda deyilir.

Qeyd edilib ki, bu qərar uzun idarələrarası koordinasiya və hazırlıq tələb edən tədbirdə iştirakın məqsədəuyğunluğu ilə bağlı əvvəllər müzakirələrin aparıldığı administrasiya daxilində qeyri-müəyyənliyi aradan qaldırıb.

"Cebheinfo.az"