Dubay yerli turistlərin ümidinə qalıb

Dubay yerli turistlərin ümidinə qalıb

ABŞ-İran münaqişəsindən sonra beynəlxalq turist axınının azalması Dubayın lüks otellərini yerli müştərilər üçün xüsusi endirim kampaniyaları keçirməyə vadar edib. 

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, Dubaydakı beşulduzlu kurortlar şəhər sakinlərinə qısamüddətli istirahət paketlərini 50 faizə qədər endirimlə təklif edirlər. Fransanın AFP agentliyinin məlumatına görə, hər il təxminən 19,5 milyon turist qəbul edən Dubayın turizm sektoru müharibənin təsirlərindən ciddi zərər görüb. 

Bu vəziyyət Körfəz bölgəsinin təhlükəsiz turizm məkanı kimi formalaşmış imicinə də mənfi təsir göstərib. Məlumata əsasən, “Burj Al Arab” da daxil olmaqla, bəzi otellər İranın raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar nəticəsində zərər çəkib. “Anantara The Palm Dubai Resort”un baş meneceri Maykl Robinson bildirib ki, oteldə doluluq səviyyəsi həftəsonları 70-90 faizə çatsa da, həftə içi bu göstərici 20-30 faiz arasında dəyişir. 

Onun sözlərinə görə, yerli müştərilər otellər üçün qısamüddətli xilasedicidir və üçün əsas dəstək rolunu oynayır. Münaqişənin yaratdığı çətinliklər səbəbindən bəzi otellər fəaliyyətlərini müvəqqəti dayandırıb, bir sıra müəssisələr isə işçi sayını azaltmağa və əməkhaqlarında ixtisarlara getməyə məcbur olublar. 

Əfsanə 
“Cebheinfo.az”