Milli Cəbhə Partiyasının şöbə müdiri vəfat edib

Milli Cəbhə Partiyasının şöbə müdiri vəfat edib

Milli Cəbhə Partiyası Təşkilat Şöbəsinin müdiri Kamil Babayev vəfat edib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə partiyanın məbuat xidməti məlumat yayıb.

“Kamil Babayev təkcə işinə sadiq bir partiya rəsmisi deyil, həm də ətrafındakı hər kəsin hörmətini qazanmış gözəl bir insan idi. Onun əziz xatirəsi qəlbimizdə həmişə yaşayacaqdır.

Mərhumun ailəsinə, yaxınlarına və bütün doğmalarına uca Allahdan səbr diləyir, acılarını bölüşürük”,-deyə məlumatda bldirilir.

“Cebheinfo.az”