“Real Madrid” onun üçün kisənin ağzını açdı - 150 milyon ödəyəcək
“Real Madrid” klubunun “Bavariya”nın fransız ulduzu Maykl Olise üçün Münxen təmsilçisinə nə vaxt rəsmi təklif göndərəcəyi məlum olub.
Bu barədə “El Mundo” nəşri məlumat yayıb.
Məlumata görə, “Kral klubu” iyunun 9-u Almaniya çempionuna rəsmi transfer sorğusu göndərəcək. Bildirilir ki, madridlilər 24 yaşlı vinger üçün astronomik sayılacaq 150 milyon avro ödəməyə tam hazırdırlar. Hatta transferin baş tutması üçün rəhbərlik “Bavariya” razı olana qədər bu məbləği daha da artırmağı planlaşdırır.
Məlumat üçün bildirək ki, M. Olise arxada qalan mövsümdə Münxen klubunun heyətində fantastik məhsuldarlıq nümayiş etdirib. O, çıxış etdiyi bütün turnirlərdə ümumilikdə 52 matça çıxaraq, 22 qol və 31 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun “Bavariya” ilə hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir.
Qeyd edək ki, transfer bazarının əsas göstəricisi hesab olunan nüfuzlu “Transfermarkt” portalı da fransalı futbolçunun hazırkı bazar dəyərini məhz 150 milyon avro olaraq qiymətləndirir.
"Cebheinfo.az"


