Turanın axtarışları davam edir - FOTO
Xəbər verdiyimiz kimi, ötən gün İmişli rayonunda yeniyetmə Araz çayında batıb.
“Qafqazinfo”nun məlumatına görə, 11-ci sinif şagirdi Turan Mirişov naməlum şəraitdə Araz çayının rayonun Rəsullu və Məhəmmədli kəndləri ərazisindən keçən hissəsinə düşüb.
Hazırda məktəblinin axtarış-xilasetmə tədbirləri davam etdirilir.
T. Mirişovun fotosunu təqdim edirik:
"Cebheinfo.az"


