Maşın işıq dirəyinə çırpıldı - Xəsarət alanlar var

Maşın işıq dirəyinə çırpıldı - Xəsarət alanlar var

Mingəçevirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, yüksək sürətlə hərəkətdə olan “BMW” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəza zamanı sürücü və sərnişin xəsarət alıb. Sürücünün vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"