Maşın su kanalına düşdü - FOTO

Göygöl rayonunda yol qəzası baş verib.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.
Gəncə şəhər sakini 1963-cü il təvəllüdlü Yusif Kazımovun sükanı arxasında olduğu “VAZ 21011” markalı avtomobil idarəetmədən çıxaraq su kanalına düşüb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma başlanılıb.
"Cebheinfo.az"