MN: Türkiyədə Almaniyaya aid “Patriot” HHM sistemi yerləşdirilib
Türkiyədə Almaniyaya aid “Patriot” Hava Hücumundan Müdafiə sistemi yerləşdirilib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, NATO-nun Daimi Müdafiə Planı çərçivəsində alyansın hava müdafiə imkanlarının gücləndirilməsi məqsədilə Almaniyaya məxsus bir ədəd “Patriot” HHM sistemi Malatya vilayətinin Kürecik bölgəsində yerləşdirilib və 24 iyunda bölgədəki ABŞ-a məxsus “Patriot” HHM sistemindən xidməti təhvil alıb.
"Cebheinfo.az"


