Putin və Tramp beşinci dəfə telefonda danışıblar

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla telefon danışığı aparıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə TASS-a Rusiya liderinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib.
Diplomatın sözlərinə görə, dövlət başçıları arasında söhbət 50 dəqiqə davam edib. Liderlər Yaxın Şərqdə eskalasiyanı, İkinci Dünya müharibəsi zamanı Rusiya və ABŞ xalqlarının müttəflqliyini və Ukraynada nizamlanmanı müzakirə ediblər.
Xatırladaq ki, Tramp Ağ Evə qayıtdıqdan sonra liderlər artıq 4 dəfə - fevralın 12-si, martın 18-i, mayın 19-u və iyunun 4-də telefonla danışıblar.
"Cebheinfo.az"