İranın nüvə obyektində binalara ziyan dəyib

İranın nüvə obyektində binalara ziyan dəyib

İyunun 13-də İsraildən atəşə tutulması nəticəsində İsfahan şəhərindəki nüvə obyektinin dörd kritik əhəmiyyətli binası zədələnib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) məlumat verib.

Qeyd olunur ki, zədələnmiş strukturlar arasında uranın konversiyası zavodu da var.

"Natanzda olduğu kimi, obyektdən kənarda radiasiya səviyyəsinin artması gözlənilmir", - agentliyin "X"də verdiyi bəyanatda deyilir.

Bundan əvvəl, BAEA İranın İsfahandakı nüvə obyektlərinə bir neçə dəfə hücum edildiyini bildirmişdi. İyunun 13-də İsrail ordusu İranın İsfahan şəhərindəki nüvə obyektinə hava zərbəsi endirdiyini elan edib. Uran istehsalı və zənginləşdirilməsi obyektləri, laboratoriyalar, infrastruktur obyektləri dağıdılıb.

"Cebheinfo.az"