Rusiyaya kütləvi PUA hücumu

Rusiyaya kütləvi  PUA hücumu

Rusiya Müdafiə Nazirliyi Moskva daxil olmaqla, müxtəlif regionlar üzərində Ukraynaya məxsus 300-dən çox pilotsuz uçuş aparatını (PUA) vurduqlarını bəyan edib.

"Cebheinfo.az" xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən edilən açıqlamada Ukrayna ordusunun gecə saatlarında Rusiya ərazilərinə PUA hücumu reallaşdırdığı bildirilib.

Dünən yerli vaxtla saat 20:00-dan bu gün saat 08:00-dək Ukraynaya məxsus 310 PUA-nın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu qeyd edilən bəyanatda, onların Moskva da daxil olmaqla müxtəlif bölgələr, həmçinin Qara dəniz və Azov dənizi üzərində salındığı məlumatı paylışılıb.

Rusiyanın Krasnodar diyarının Operativ Qərargahından verilən açıqlamada PUA hücumu nəticəsində bölgədəki Novorossiysk şəhərində yerləşən neft terminalında yanğın baş verdiyi ifadə edilib.

Açıqlamada yanğınsöndürmə işlərinin davam etdiyi, hadisə zamanı can itkisinin olmadığı vurğulanıb. Neft terminalında başlayan yanğının görüntüləri sosial mediada da yayılıb.

Nigar Hacılı 
"Cebheinfo.az"