Tramp bu ölkə vətəndaşlarının ABŞ-yə girişini qadağan edib

ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik səbəbi ilə 12 ölkə vətəndaşlarının ABŞ-yə səyahətinə qadağa qoyub.
"Cebheinfo.az" xəbər verir ki, Ağ Evin bəyanatında deyilir ki, siyahı zamanla yenilənə bilər və “dünyada yaranan təhlükələr” əsasında yeni ölkələrin əlavə oluna bilər.
Bu, Trampın ölkələrə ikinci səyahət qadağasıdır. İlk qadağa 2017-ci ildə onun prezident kimi ilk müddətində tətbiq edilib.Trampın fərmanına əsasən, qadağa 12 ölkənin vətəndaşlarına şamil edilir:
Əfqanıstan, Myanma, Çad, Konqo Respublikası, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəmən.Eyni zamanda, yeddi ölkənin - Burundi, Kuba, Laos, Syerra-Leone, Toqo, Türkmənistan və Venesuela vətəndaşlarının ABŞ-yə girişinə qismən məhdudiyyətlər tətbiq edilib.
Yeni tədbirlər bazar ertəsi yerli vaxtla saat 12:01-də qüvvəyə minəcək. Bu dəfə hava limanlarında 2017-ci ildə olduğu kimi xaosun qarşısını almaq üçün əvvəlcədən keçid müddəti veriləcək.Ağ Ev qadağanın “müdrik tədbir” olduğunu və amerikalıları “təhlükəli xarici aktyorlardan” qorumaq məqsədi daşıdığını bildirib.
Donald Tramp özünün “Truth Social” sosial media platformasında yayımladığı videoda Kolorado ştatının Boulder şəhərində törədilən hücuma istinad edib.
Hücum nəticəsində israilli girovlara dəstək üçün toplaşan qrupdan 12 nəfər yaralanıb. Hücum edən şəxsin Misir vətəndaşı olduğu müəyyən edilib.
Tramp deyib ki, hadisə qeyri-adekvat yoxlanılmış xarici vətəndaşların yaratdığı ciddi təhlükəni göstərir.
Nigar Hacılı
"Cebheinfo.az"