Uşaq və bu qadınlara COVID-19 peyvəndi vurulmayacaq

ABŞ səhiyyə naziri Robert F. Kennedi COVID-19 peyvəndinin artıq sağlam uşaqlar və hamilə qadınlar üçün tövsiyə olunan peyvəndlər arasında olmayacağını açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, ABŞ peyvəndlə bağlı ehtiyat tədbirlərini artırıb. ABŞ səhiyyə naziri Robert F. Kennedi "X" hesabında verdiyi açıqlamada daha əvvəl ölkədə müzakirə mövzusu olan COVID-19 peyvəndləri ilə bağlı verdikləri yeni qərarı paylaşıb.
Kennedi peyvəndin artıq sağlam uşaqlar və hamilə qadınlar üçün "tövsiyə olunan peyvəndlər" arasında olmayacağını bildirib. ABŞ-lı nazir açıqlamasında yazıb:"Bu gündən etibarən, COVID peyvəndi CDC (ABŞ Xəstəliklərə Nəzarət Mərkəzi) tərəfindən sağlam uşaqlar və sağlam hamilə qadınlar üçün tövsiyə olunan peyvənd proqramından çıxarılıb”.
Keçən il Bayden administrasiyası uşaqlarda təkrarlanan gücləndirici strategiyanı dəstəkləmək üçün heç bir klinik məlumatın olmamasına baxmayaraq, bir daha sağlam uşaqları COVID peyvəndi olmağa çağırmışdı. ABŞ Prezidenti Donald Tramp və səhiyyə naziri Kennedi seçki prosesi zamanı COVID-19 peyvəndinin istifadəsi ilə bağlı mübahisəli açıqlamalar verib.
Nigar
"Cebheinfo.az"