Valideynlər Elm və Təhsil Nazirliyi qarşısında ETİRAZ EDİRLƏR - FOTOLAR + YENİLƏNDİ

Valideynlər Elm və Təhsil Nazirliyi qarşısında ETİRAZ EDİRLƏR - FOTOLAR + YENİLƏNDİ

Elm və Təhsil Nazirliyində etiaraz edən valideynlərin nümayəndələri qəbul edilib.

Onların "Cebheinfo.az"-a verdiyi məlumata görə, görüş zamanı qərarla bağlı detalların 29 mayda ictimaiyyətə açıqlanacağı bildirilir.

Bu müddətə qədər valideynlərdən səbrli olmaları tövsiyə olunub. 

****

10.47

Bu dəqiqələrdə bir qrup valideyn Elm və Təhsil Nazirliyinin qarşısında toplaşıb. 

"Cebheinfo.az " xəbər verir ki, onlar lisey və gimnaziyaların 5 və 6-cı siniflərinə mərkəzləşmiş qaydada qəbul imtahanının ləğvinə etiraz edirlər.

Belə ki,  dünən Təhsil İnstitutu lisey və gimnaziyanın ancaq 7-ci sinfinə şagird qəbulu elan edib. Bu da valideynlər arasında ciddi narazılıq yaradıb. Məhz valideynlər 1 il ərzində övladlarının ciddi şəkildə 5 və 6-cı siniflərə mərkəzləşmiş qaydada qəbul imtahanına hazırlaşdığını, bunun üçün böyük məbləğdə vəsait sərf etdiklərini, hər ay 12-15 manat müqabilində sınaq imtahanları keçirildiyini bildiriblər. 

Valideynlər qərarın daha əvvəldən elan olunmadığını əsas gətirərək bu tədris ilinə şamil olunmamasını tələb edirlər. Hazırda nazirlik rəsmilərinin bir qrup valideyni qəbul edəcəyi bildirilir.

Xəzər 
Cebheinfo.az"