"X"də problem yarandı

"X"də problem yarandı

"X" sosial şəbəkəsinin bir sıra ölkələrdən olan istifadəçiləri onun işində miqyaslı nasazlıq yaranması barədə məlumat veriblər.

Modern.az bu barədə "Downdetector" portalına istinadla xəbər verir.

Portalın məlumatına görə, nasazlıq Bakı vaxtı ilə saat 17:30-da başlayıb. Ən çox şikayət (16 min) ABŞ-dən daxil olub.

Bundan əlavə, problem barədə Böyük Britaniya, Kanada, Fransa, eləcə də Almaniya, Niderland, İspaniya və Braziliyadan olan istifadəçilər bildiriblər.

Həmçinin Meksika, Hindistan və bir sıra digər ölkələrdən olan istifadəçilər sosial şəbəkədən tam istifadə edə bilməməkdən şikayət ediblər.

İstifadəçilər ən çox sosial şəbəkə tətbiqinin və veb-saytının işi, serverə qoşulma, paylaşımların dərci və hesaba daxil olma ilə bağlı problemlərdən şikayətləniblər.

“Cebheinfo.az”